"Rusiyanın Azərbaycanı hədələməsi onun acizliyidir" - Rəşad Bayramov

15:45 15.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycana müharibə elanı Pakistanı, Turkiyəni qarşısına almaqdır" - Rəy

“Bu gün Rusiyanın Azərbaycana qarşı təziq rıçarqlarının olmaması müharibəni istisna edir. Rusiyanın Azərbaycanı hədələməsi onun acizliyi kimi dəyərləndirilməlidir".

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Rusiyanın Azərbaycana qarşı müharibə hədələrinin artması və bunun nə dərəcədə real olması ilə bağlı şərhində bildirib.

Ekspert hesab edir ki, Rusiyanın bütün təziqləri nəticə vermədiyinə görə, indi də ekspertləri, mediası Azərbaycana qarşı müharibə hədələrinə başlayıblar:

“Bu gün Rusiyanın Azərbaycana qarşı təziq rıçarqlarının olmaması müharibəni istisna edir. Çünki Azərbaycana qarşı müharibə elan etmək faktiki olaraq Pakistanı, Turkiyəni qarşısına almaq deməkdir. Bu da Rusiya üçün yaxşı heç nə vəd etmir. Ukrayna ilə müharibənin davam etdiyi vaxtda, NATO qüvvələrinin hazırlıq vəziyyətinə gətirildiyi mərhələdə əlavə bir cəbhənin açılması Rusiya üçün yaxşı olmaz. Birincisi, Rusiyanın başqa cəbhədə də vuruşmaq gücü, imkanları yoxdur. Digər tərəfdən, qeyd etdiyim kimi, daha böyük dövlətlərin Rusiyaya qarşı dayanmasına gətirib çıxara bilər ki, Rusiya da bunları anlamamış deyil. Ona görə də Rusiyanın müharibə ilə bağlı hədələrinə elə də ciddi yanaşmaq lazım deyil. Bu, acizlikdən doğan davranışlardır, qeyri-realdır”.